Topaz Premyer Liqasında XIV turun oyunları davam etdirilib. İkinci oyun günündə bir matç baş tutub.

 Günün yeganə oyununda son 7 qarşılaşmada "Neftçi» qalib gələ bilməyən "İnter"in uğurlu oyunu çox böyük maraqla izlənilib. Hesabı 33-cü dəqiqədə Vaqif Cavadov açıb. 63-cü dəqiqədə Flavinyo meydandan qovulub. Buna baxmayaraq, cəmi iki dəqiqə sonra "Neftçi" bərabərliyi təmin edib. Karlos Kardoso fərqlənib. 77-ci dəqiqədə Vaqif Cavadov özünün və komandasının ikinci qolunu vurub. 4 dəqiqə sonra isə Aleksandr İaşvili matçın nəticəsini müəyənləşdirib - 3:1.