Topaz Premyer Liqasında növbəti istefa gerçəkləşib. Apasport.az saytının məlumatına görə, uelsli mütəxəssis Con Toşak "Xəzər Lənkəran”ın baş məşqçisi postundan ayrılıb.
XIV turun "Bakı” ilə səfər matçında 0:3 hesabı ilə uduzduqdan sonra 64 yaşlı məşqçi vəzifəsindən ayrılmaq qərarına gəlib. Son 27 gündə alınan 3-cü böyük hesablı məğlubiyyət onun belə addım atmasında böyük rol oynayıb.
Bununla, Toşakın "Xəzər Lənkəran” klubundakı 8 aylıq fəaliyyəti sona çatıb.
Bu ilin martında baş məşqçi təyin olunan uelsli mütəxəssis ölkəmizi "31”lə tək edir.
Belə ki, "ağ-yaşıllar”ı 31 matça çıxaran mütəxəssis 9 qələbə, 10 heç-heçə və 12 məğlubiyyətə şahid olub. Onun yetirmələri 24 qol vurub, 42-ni buraxıb.
Qeyd edək ki, Toşaka qədər "Rəvan”da Ramil Əliyevlə Vldasilav Qədirov, "Neftçi”də isə Tərlan Əhmədov postundan kənarlaşdırılmışdı.
Toşak getdi, “Xəzər Lənkəran”da daha bir istefa!
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11