"Bakı” klubunun prezidenti Hafiz Məmmədovun haqqında maraqla izlənilən video-süjet yayılıb. Süjeti Fransanın"Canal+” kanalı çəkib. Videoda "Hafka" kimi tanınan Hafiz Məmmədovu milyonçu adlandırılmaqla yanaşı, onun neft ölkəsindəki vəziyyəti barədə danışılıb.
Mia.az Youtube.com-da yayılan videoya istinadən xəbər verir ki, həmin kanala müsahibə verən H.Məmmədov Fransada sahibi olduğu "Lans” komandasını I Liqadan yüksək liqaya qaytaracaqları haqda da vəd verib. "Bakı”nın prezidenti "Lans”a hələlik 20 milyon avro investisiya qoyduğunu və bunun artacağını bildirib.
Fransa kanalına müsahibə verən Məmmədov bir qədər də irəli gedərək, dünyanın ən bahalı futbolçularından olan Zlatan İbrahimoviçlə Radamel Falkaonu fa almağa hazır olduğunu bəyan edib: "Nəyə görə də yox? Lazım gəlsə, İbrahimoviç və ya Falkaonu da alarıq”.