Hərbi ekspert Üzeyir Cəfərova polkovnik rütbəsi verilib və xidmətə qəbul olunub.

Mia.az xəbər verir ki, bu barədə Üzeyir Cəfərovun özü məlumat verib.

Polkovnik bildirib ki, bu gün - noyabrın 10-dan etibarən Azərbaycan Silahlı Qüvvələrində müraciəti əsasında həqiqi hərbi xidmətə çağırıldığına görə, mətbuatla bütün təmaslara fasilə verir: "Hər kəsə təşəkkür edirəm və minnətdarlığımı bildirirəm. Bütün dostlarıma uğurlar arzulayıram. Tanrı Azərbaycanımızı qorusun!".