Görüşün 81-ci dəqiqəsində meydana sonradan daxil olan Viktor Valdes zədələndiyindən ispanlar görüşün baş hakimi və rəqib komandanın razılığı ilə digər qapıçı Pepe Reynanı oyuna daxil ediblər. Buna qədər isə Del Boske 6 dəyişiklikdən istifadə edibmiş. Qaydalara əsasən yoldaşlıq görüşlərində maksimum 6 oyunçu dəyişikliyi edilə bilər. Buna görə də FİFA oyunun nəticəsini ləğv edib.
Qeyd edək ki, bu oyun komandaların reytinqinə də təsir etməyəcək.
qol.az