Xəzər dənizində maqnitudası 4,6 olan zəlzələ baş verib.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd edilir ki, yeraltı təkanlar yerli vaxtla saat 16:16-da qeydə alınıb. Zəlzələ Xaçmaz rayonunda bəzi insanlar tərəfindən hiss olunub.

Zəlzələnin ocağı 62 kilometr dərinlikdə yerləşib.