İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəşlə zərbələri endirilib.

Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a bildirilib ki, nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.