"Bu ilki tədris ilinin qısaldılması nəzərdə tutulmur".
Mia.az xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, hələ prosesin ortasındayıq və qərar vermək çətindir: "Proses bitdikdən sonra qiymətləndirmə aparılacaq
2020/2021-ci t'dris ilinin sonunda bütün şagirdlərin növbəti sinfə keçəcəyi planlaşdırılır. Yəni, qiymət və davamiyyətə görə şagirdlərin sinifdə qalması nəzərdə tutulmur. Bu, mövcud pandemiya vəziyyəti ilə əlaqədardır. Hər bir şagird təhlisini davam etdirəcək".