Dünya çempionatı: Portuqaliya və Ukrayna "son döyüş"ə çıxır
Braziliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanmaq yolunda son mərhələ olan pley-off oyunları davam edir. Bu gecə 4 oyunla Avropa zonasından Dünya çempionatına yollanacaq sonuncu iki komandanın adına aydınlıq gələcək.
Rumıniya öz meydanında Yunanıstan millisini qəbul edəcək. Komandalar arasında ilk görüş yunanların qələbəsi ilə başa çatıb - 3:1.
Digər görüşdə İslandiya yığması Xorvatiyanın qonağı olacaq. Tərəflər ilk oyundan qolsuz bərabərliklə ayrılıb.
Daha bir maraqlı görüş Fransada baş tutacaq. Burada yerli komanda Ukraynanı qəbul edəcək. Öz meydanında rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna yığması mundiala vəsiqə qazanmaq üçün yaxşı şans əldə edib.
Ən maraqlı qarşılaşmalardan biri İsveç - Portuqaliya oyunu olacaq. Zlatan İbrahimoviçin kapitan sarğısını daşıdığı İsveç millisi səfər meydanındakı məğlubiyyətin (0:1) əvəzini çıxmağa çalışacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11