I divizionda X turun oyunları çərçivəsində lider "Araz-Naxçıvan" səfərdə MOİK-i 1:0 hesabı ilə yenib. Naxçıvan klubu maçtın son dəqiqələrində qazandığı penaltini qola çevirib. Komandanın 21 nömrəli oyunçusu Davidin zərbəsi dəqiq olub - 0:1.
Mia.az xəbər verir ki, bu qələbə ilə məğlubiyyətsiz oyun seriyasını davam etdirən Naxçıvan klubu 10 oyuna 28 xal toplamaqla, liderlik kürsüsündə ən yaxın izləyicisi olan "Qaradağ"ı iki xal qabaqlayır.