Azərbaycan Avropa çempionu oldu
Bu gün Polşanın paytaxtı Varşavada komandalararası Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, 9-cu turda Azərbaycan millisi Ermənistan şahmatçıları ilə qarşılaşıblar. Gərgin mübarizədə bütün lövhələrdə heç-heçə qeydə alınıb - 2:2.
Bu, nəticə qrossmeysterlərimizi razı salıb. İkinci masada oynayan Fransa yığması Rusiya kollektivinə uduzduğundan (2,5:1,5), qərbi avropalılar bizimlə sonadək şərikli liderliklərini qoruya bilməyiblər.
Beləliklə, ümumi hesabda 14 xal toplayan Azərbaycan millisi tarixində 2-ci dəfə komandalararası Avropa çempionu olub. Buna qədər, 2009-cu ildə Serbiyanın Novı Sad şəhərində keçirilmiş yarışda şahmatçılarımız qalib adını qazanmışdılar.
9-ci tur:
AZƏRBAYCAN - ERMƏNİSTAN - 2:2
Şəhriyar Məmmədyarov - Levon Aronyan 0,5:0,5
Teymur Rəcəbov - Sergey Movsesyan 0,5:0,5
Rauf Məmmədov - Vladimir Akopyan 0,5:0,5
Qədir Hüseynov - Qabriel Sərkisyan 0,5:0,5
DİGƏR XƏBƏRLƏR
2026-04-07 12:49
2026-04-07 12:37
2026-04-07 11:55
2026-04-06 22:59
2026-04-06 16:22
2026-04-06 14:48
2026-04-06 14:42
2026-04-06 10:11